Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

21.11.2025 [18:39]

Xəbərin mətni

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması mövzusunda maarifləndirmə və hüquqi təbliğat tədbirlərinin genişləndirilməsi məqsədilə Lənkəran şəhərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.