Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köhnə avtomobil nömrələrində defisi silənlər cərimələnəcək?

21.11.2025 [20:02]

Xəbərin mətni

Artıq nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq. Bununla bağlı dünən yeni dövlət standartı qəbul edilib. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, bəzi sürücülər köhnə nömrə nişanlarındakı defis işarəsini özləri silirlər.