Aygün Əliyeva: Vətən müharibəsində qazandığımız Zəfər bütün Türk dünyasının Zəfəridir
24.11.2025 [13:20]
Xəbərin mətni
XXI əsrdə Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq misilsiz dərəcədə güclənib, xalqlarımızın tarixi bağlılığı siyasi, humanitar və ictimai münasibətlərin ən yüksək səviyyəyə çatmasına şərait yaradıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Zəfəridir. Bu Qələbə birliyimizin, sarsılmaz həmrəyliyimizin və ortaq gələcəyə olan inamımızın təntənəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.