Sumqayıtda 28 kiloqram narkotik vasitənin satışının qarşısı alınıb
24.11.2025 [18:38]
Xəbərin mətni
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən bu sahədə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.