Polat Safi: Türkiyə–Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi
25.11.2025 [10:49]
Xəbərin mətni
Bu forumun Qarabağ Zəfərinin simvolu olan Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Türkiyə–Azərbaycan münasibətləri Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Biz də bu çərçivədə Azərbaycanla enerjidən nəqliyyata, mədəni əməkdaşlığa qədər bir çox sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirməkdəyik. Bu sözləri Şuşada keçirilən forumda Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi jurnalistlərə müsahibəsində söyləyib.