Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il üzrə dəstək xidmətlərinə daxil olan müraciətlərin ümumi sayı açıqlanıb

25.11.2025 [13:44]

Xəbərin mətni

2024-cü il üzrə dəstək xidmətlərinə daxil olan müraciətlərin ümumi sayı 1623 təşkil edib. Əvvəlki dövrlərlə müqayisədə müraciətlərin sayında müəyyən fərq müşahidə olunsa da, bu artım cəmiyyətin dövlət qurumlarına və müvafiq xidmətlərə olan inamının yüksəlməsindən xəbər verir. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda keçirilən konfransda söyləyib.