Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu–Çaparlı–Göylər yolunun yenidən qurulması üçün təkliflər hazırlanıb

25.11.2025 [17:26]

Xəbərin mətni

Ağsu rayonundan keçən və 26 kilometr uzunluğa malik Ağsu–Çaparlı–Göylər avtomobil yolu bölgənin ən işlək yollarından biridir. Bu yol təkcə Ağsunun 11 kəndində yaşayan təxminən 10 min nəfərin gündəlik gediş-gəlişini təmin etmir, həm də Şamaxının iki yaşayış məntəqəsinin sakinləri üçün əsas bağlantı rolunu oynayır. Üstəlik, bu yol Ağsu aşırımı bağlandığı vaxtlarda sürücülərin ən çox üz tutduğu alternativ marşrut hesab olunur.