Polis Astarada əməliyyat keçirib, 62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
27.11.2025 [12:13]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.