Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstan səfiri: TDT üzvlərinin əməkdaşlığının aparıcı sütunlarından biri də media sahəsidir

28.11.2025 [15:57]

Xəbərin mətni

Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr müxtəlif sahələrdə geniş əməkdaşlıq edirlər. Bu əməkdaşlığın əsas aparıcı sütunlarından biri də informasiya və media sahəsidir. Çünki düzgün məlumatın vaxtında və etibarlı şəkildə təmin edilməsi, qarşılıqlı faydaya əsaslanan sağlam informasiya axınlarının yaradılması bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI