Özbəkistan rəsmisi: Ortaq media layihələri Türk dünyasının informasiya birliyini gücləndirəcək
28.11.2025 [16:00]
Biz artıq media sahəsində gələcək əməkdaşlıq istiqamətlərini formalaşdırırıq. Hazırladığımız tədbirlər planının həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir və bu prosesdə üzv dövlətlərin fəal iştirakı böyük əhəmiyyət daşıyır. Peşəkarlıq səviyyəsinin artırılması, təcrübə mübadiləsi, ortaq məzmunun yaradılması və informasiya mühitinin gücləndirilməsi qarşıdakı əsas prioritetlərimizdir. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov deyib.