Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamal Abdulla İtaliyada “Scanno” mükafatına layiq görülüb

21.09.2015 [15:34]

Xəbərin mətni
İtaliyanın L’Aquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib. Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın da layiq görüldüyü bu mükafatın təqdimat mərasimində İtaliyanın ədəbi və mədəni, siyasi dairələrinin nümayəndələri, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.