Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Azərbaycanda son dörd ildə 12 milyondan çox ağac əkilib

05.12.2025 [15:41]

Xəbərin mətni

Azərbaycanda istismarı başa çatmış faydalı qazıntı yataqlarında təxminən 900 hektara yaxın ərazi rekultivasiya olunub, son dörd ildə isə 12 milyondan artıq ağac əkilib. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dekabrın 5-də FAO-nun 80 illiyi münasibətilə Balaxanıda Ümumdünya Torpaq Gününə həsr olunmuş tədbirdə bildirib.