Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nordiska Kompaniet – alış-verişin tarixə çevrildiyi məkan

06.12.2025 [16:13]

Xəbərin mətni

Hər bir turist şəhəri gəzib görməli yerləri seyr etdikdən sonra günü kiçik bir şopinqlə başa vurmaq istəyir. Stokholma gələnlər isə xüsusilə şanslıdırlar — burada alış-verişi elə bir məkanın ziyarəti ilə birləşdirmək olar ki, bu məkanın özü artıq Kral sarayı və ya Opera teatrı ilə yanaşı şəhərin görməli yerlərindən birinə çevrilib. Söhbət “Nordiska Kompaniet” univermağından, qısaca desək NK-dan gedir.