Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sergey Kuzan: Pokrovsk şəhərinin mərkəzi “boz zona”ya çevrilib

06.12.2025 [17:47]

Xəbərin mətni

Ukrayna-Rusiya qoşunlarının cəbhə xəttində ağır döyüşlər davam edir. Rusiya ordusu cəbhə xəttini genişləndirərək, xüsusilə Donetsk, Xarkov, Zaporojye vilayətlərində intensiv hücumlar həyata keçirir. Ukrayna silahlı qüvvələri isə effektiv müdafiə olunmağa çalışır. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, hərbi ekspert Sergey Kuzan AZƏRTAC-a açıqlamasında cəbhədəki mövcud vəziyyətin olduqca ağır olduğunu etiraf edib.