Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfələr verəcək

09.12.2025 [17:15]

Xəbərin mətni

Azərbaycan və Slovakiya arasında 1993-cü ildə əsası qoyulan diplomatik əlaqələr ötən il Prezident İlham Əliyev və Slovakiyanın baş naziri Robert Fitso arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə yüksək səviyyəyə qalxdı. Liderlər bununla Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açıldığını bəyan etdilər. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr çərçivəsində münasibətlərimiz inkişaf etdirilir. Ekspertlər hesab edir ki, İlham Əliyevin ilk dəfə olaraq Slovakiyaya rəsmi səfəri və Prezident Peter Pelleqrini ilə keçirilən görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI