Ağalı və Məmmədbəylidə qışa hazırlıq: texnikalar hazır vəziyyətə gətirilib
11.12.2025 [13:06]
Xəbərin mətni
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərində qış dövründə elektrik verilişində mümkün kəsintilərin qarşısını almaq məqsədilə xətlərin izolyasiyası, əlavə transformatorların quraşdırılması və ehtiyat avadanlıqların yerləşdirilməsi işləri görülür. Yolların qış aylarında qar və buzlaşmaya qarşı işlək vəziyyətdə saxlanması üçün duz-qum ehtiyatı yaradılıb, xüsusi texnikalar hazır vəziyyətə gətirilib. Yeni yaşayış məskənlərində içməli və texniki su xətlərinin izolyasiyası aparılır, nasos stansiyalarına mütəmadi olaraq profilaktik baxış keçirilir.