Direktor: Yeni Klinikada xəstələrin növbə saatında birbaşa həkim qəbuluna keçməsi təmin olunacaq
12.12.2025 [17:16]
Xəbərin mətni
Hansısa yenilik tətbiq edilərkən proqnozlaşdırdığımız və proqnozlaşdırmadığımız risklər olur. Biz Yeni Klinikada yenilik tətbiq edərkən proqnozlaşdırdığımız riskləri "Rəqəmsal tibbi həllər" layihəsi ilə öncədən görmüşdük. Sonradan daha başqa problemlər çıxdı. Yəni insanların birbaşa evdən növbəyə yazılaraq qeydiyyata deyil, həkimə yaxınlaşması halları ilə üzləşdik. Biz bunu öncədən proqnozlaşdırmamışdıq. Bunu jurnalistlərə açıqlamasında Yeni Klinikanın direktoru Barat Yusubov deyib.