Almaniyalı jurnalist: Azərbaycan tarixini öyrənərkən Heydər Əliyevin xidmətlərini də ətraflı müzakirə edirik
12.12.2025 [17:55]
Xəbərin mətni
Biz Azərbaycan tarixini əhatəli şəkildə öyrənərkən, xüsusilə Heydər Əliyev dövrünü, onun xidmətlərini də ətraflı müzakirə edirik. O, ölkəni xilas edərək dövlətçiliyi möhkəmləndirib və mühüm xidmətlər göstərib. Bu fikirləri Berlində Ulu Öndər Heydər Əliyevin xatirəsinin anım mərasimində iştirak edən almaniyalı jurnalist Frank Peter Vieners AZƏRTAC-a müsahibəsində deyib.