Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Xəzər dənizində itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışını davam etdirir

13.12.2025 [19:03]

Xəbərin mətni

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.