Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəb-valideyn əməkdaşlığı hər bir şagirdin uğur hekayəsinin başlanğıcıdır

13.12.2025 [20:44]

Xəbərin mətni

Məktəb-valideyn əməkdaşlığını gücləndirmək, ünsiyyəti artırmaq məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şimal-qərb bölgəsində valideynlərin iştirakı ilə “Gələcəyimizi birlikdə qururuq!” adlı regional konfranslar, panel və müzakirələr təşkil olunub. İlk dəfə keçirilən görüşlərdə 2 min valideynlə canlı söhbətlər, diskussiya və müzakirələr aparılıb.