Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölümdən dönən ana: Göydə Allah, yerdə həkimlərin sayəsində həyatdayam

14.12.2025 [13:37]

Xəbərin mətni

Qırx beş dəqiqə davam edən ürəyin qapalı masajı və intensiv reanimasiya tədbirləri nəticəsində bir ana həyata qaytarılıb. Qadının həyatının xilas edilməsi həkimlərin operativ və peşəkar müdaxiləsi sayəsində mümkün olub.