Baş direktor: İşlədiyimiz yerdən asılı olmayaraq yeni trendləri, çağırışları qəbul etməliyik
15.12.2025 [18:34]
Xəbərin mətni
"LevelUp" Karyera Forumundan öyrənəcəyiniz bilik, bacarıqlar şəxsi və karyera quruculuğunuza müəyyən töhfə verə bilər. İndi zaman bacarıqlar dövrüdür. Əlbəttə ki, təhsil önəmlidir, ancaq tək təhsillə əmək bazarında rəqabət apara bilmərik. Bu baxımdan işlədiyimiz yerdən asılı olmayaraq, daim öz üzərimizdə işləməli, yeni trendləri, çağırışları qəbul etməliyik. AZƏRTAC xəbər verir ki, bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev Bakı Konqres Mərkəzində keçirilən “LevelUp” Karyera Forumunda çıxış edərkən deyib.