Zorakılığa məruz qalanların statistikası açıqlanıb
16.12.2025 [15:10]
Xəbərin mətni
2024-cü ilin 11 ayı ərzində zorakılığa məruz qalanlar arasında qadınlar üstünlük təşkil edib. Bu dövrdə 478 qadın, 384 uşaq və 42 kişi zorakılıq halları üzrə qeydiyyata alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.