Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əhmədov: Həmkarlar İttifaqları cəmiyyətin sosial balansının qorunmasına töhfə verir

16.12.2025 [15:19]

Xəbərin mətni

İnsan hüquqlarının qorunması dövlətin mühüm vəzifəsi olmaqla yanaşı, eyni zamanda, cəmiyyətin daim diqqət göstərdiyi və xüsusi həssaslıq nümayiş etdirdiyi məsələlər sırasındadır. Çünki əmək hüquqlarının qorunması, insanların layiqli əmək şəraitinin təmin edilməsi və sosial rifahının yüksəldilməsi birbaşa cəmiyyətin sabitliyi və davamlı inkişafı ilə bağlıdır. Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.