Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il 130 mindən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunub

16.12.2025 [15:27]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 1-i Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1-i ambulator reabilitasiya məntəqəsi – “RehaPoint”, 15-i isə reabilitasiya mərkəzidir. Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Xaçmaz Reabilitasiya Mərkəzi 14 çarpayılıq stasionar tutuma malikdir və burada vətəndaşlara, əlilliyi olan şəxslərə ambulator, stasionar, eyni zamanda, telereabilitasiya, səyyar və icmaəsaslı reabilitasiya xidmətləri təqdim olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Nicat Abasbəyli müsahibəsində bildirib.