Nazir: Əmək müqavilələrinin sayı 45 faiz artaraq 1,9 milyona çatıb
16.12.2025 [15:36]
Xəbərin mətni
2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir. Həyata keçirilən islahatların nəticəsi olaraq əmək münasibətlərinin leqallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.