Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Milad bazarı ən sevimli ziyarət məkanına çevrilir

17.12.2025 [12:26]

Xəbərin mətni

Milad bayramı xristianlara məxsus olsa da da yeni ilin gəlişi ilə üst-üstə düşməsi ABŞ-da dinindən və dilindən asılı olmayaraq hər ailəyə sevinc gətirir. Milad bazarı da bu birliyi göstərən bir tədbirdir. Burada dünyanın müxtəlif mədəniyyətlərinə məxsus suvenirlər geyimlər, bəzək əşyaları və qidalar satışa çıxarılır.