İtaliya şirkəti Möminə xatun türbəsinin ərazisində geofiziki araşdırmalar aparır
17.12.2025 [19:17]
Xəbərin mətni
Biz burada yerli şirkətlə birgə işləyirik. Aparılan işlərin əsas məqsədi isə Möminə xatun türbəsində olan problemləri üzə çıxarıb həll etməkdir. Hazırda geofiziki araşdırma aparırıq. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Möminə xatun türbəsinin ərazisində geofiziki araşdırmalara başlayan İtaliyanın “Geostudi Astier srl” geofizika şirkətinin mütəxəssisi Mattia Balestri deyib.