Milix Yevdayev: Bizim birliyimiz, qarşılıqlı etimadımız bəziləri üçün gözlənilməzdir
24.12.2025 [16:19]
Xəbərin mətni
İllər öncə din xadimləri ilə keçirilən görüşlərin birində diqqətə çatdırmışdım ki, bəzi beynəlxalq hesabatlarda guya Azərbaycanda azsaylı xalqların hüquqlarının pozulması ilə bağlı 53 faiz göstərici irəli sürülür. O zaman sual verdim, 53 faiz nə deməkdir? Əgər bir ölkədə bu səviyyədə hüquq pozuntusu varsa, orada vandalizm, zorakılıq, qarşıdurma halları olmalıdır. Bu vandalizmi harada görürsünüz? Kim buna şahid olub? Heç kim. AZƏRTAC xəbər verir ki, bunu Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunun I panelində çıxışı zamanı deyib.