Keçmiş məcburi köçkün: Bu gün mənim üçün həyatımın ən mənalı günlərindən biridir
25.12.2025 [10:37]
Xəbərin mətni
Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə – doğma yurdumuza qayıdırıq. Geri qayıdışımızı - bu hissləri sözlə ifadə etmək çox çətindir. Bu torpaq bizim üçün, sadəcə, bir yer deyil, xatirələrimiz, keçmişimiz və kimliyimizdir. Bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün İsgəndər Həsənov söyləyib.