“Hilton Garden Inn Agdam” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq
25.12.2025 [17:07]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində açılışı olan “Hilton Garden Inn Agdam” hoteli də bölgədə turizmin inkişafında mühüm rol oynayacaq.