Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb
25.12.2025 [17:22]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib. Belə ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.