Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək
26.12.2025 [18:34]
Xəbərin mətni
Azərbaycan-Avropa İttifaqı münasibətləri beş əsas istiqamət üzrə inkişaf edir və Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq strateji formatlar çərçivəsində genişləndirilir. Hazırda Azərbaycan Avropa İttifaqına üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq münasibətləri qurub ki, bu da qarşılıqlı etimada əsaslanan siyasi dialoqun göstəricisidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.