Faiq Hüseynov: Bu il “Kənddən Şəhərə” Yeni il yarmarkalarının əhatə dairəsi genişlənib
27.12.2025 [15:59]
Xəbərin mətni
Dekabrın 27-dən Xankəndi şəhərində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil edilib. Yarmarkaya 40-a yaxın məhsul çeşidi çıxarılıb. Bu yarmarkalar həm fermerlər üçün alternativ satış imkanı yaradır, həm də əhalinin təbii, keyfiyyətli yerli məhsullara olan marağını və tələbatını qarşılamaq üçün bir vasitədir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin üzvü Faiq Hüseynov deyib.