Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib

29.12.2025 [15:10]

Xəbərin mətni

Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda qurumlararası dəyirmi masa keçirilib.