Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu aşırımında avtomobillərin hərəkəti bərpa olunub

05.01.2026 [14:21]

Ötən gün buzlaşma səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət tam şəkildə bərpa edilib. Aidiyyəti qurumların apardığı təmizləmə işləri nəticəsində Ağsu aşırımında nəqliyyatın axını normallaşıb. Hazırda sürücülərin hər iki istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin olunur.