Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dabaq və blutanq xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib

06.01.2026 [11:45]

Xəbərin mətni

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alınıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.