Mezozoy erasına səyahət: Gözlər qarşısında 252 milyon il əvvəlki dövr canlanır
06.01.2026 [18:42]
Xəbərin mətni
Bura milyonlarla il əvvələ geri dönmək və zaman tunelindən keçib, Mezozoy erasına daxil olmaq istəyənlər üçün çox əlverişli məkandır. Təsadüfi deyil ki, Mezozoy erası tarixdə “Dinozavrlar erası” kimi tanınır. Keçmişə səyahət üçün sehrli xalata, yadplanetlilərin ya da hansısa fövqəltəbii qüvvələrin köməyinə ehtiyac yoxdur. Həmin dövrə elə Bakıda – Bakı Ekspo Mərkəzində də qiyabi şahid olmaq mümkündür. Mərkəzdə fəaliyyət göstərən “Dinopark” nəhənglərin mövcud olduğu möhtəşəm bir eranın qısa icmalıdır, desək, yanılmarıq.