Qazaxda yanacaq daşıyan avtomobildə yanğın baş verib, bir nəfər həyatını itirib
07.01.2026 [14:41]
Xəbərin mətni
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.