Ukraynalı ekspert: “İstəklilər koalisiyası”nın qərarları kağız üzərində qala bilər
07.01.2026 [15:14]
Xəbərin mətni
“İstəklilər koalisiyası”nın Parisdə keçirilən zirvə sammitində Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi, sülh planından sonra xarici ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsi kimi strateji qərarlar qəbul edilib. Sammitdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün təhlükəsizlik zəmanətlərinin arxitekturasının yarandığını bəyan edib. Bəs, bu qərarların gerçəkləşdirilməsi mexanizmi nə dərəcədə real görünür? Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko “İstəklilər koalisiyası”nda qəbul edilən qərarların, sadəcə, ilkin şərtlər olduğunu bildirib.