On ildən artıq təcrübəsi olan sürücülər ötən il 488 yol-nəqliyyat hadisəsi törədiblər
09.01.2026 [14:49]
Xəbərin mətni
Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmirlər. Halbuki yol hərəkəti elə bir mühitdir ki, burada hər an gözlənilməz vəziyyət yarana, qəfil təhlükə meydana çıxa bilər. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.