Sabah Göyçayda heyvan bazarı fəaliyyətə başlayacaq
10.01.2026 [20:54]
Xəbərin mətni
Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ötən il oktyabrın 25-də ölkə ərazisində müvəqqəti bağlanan heyvan bazarlarının bəzilərinin fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları yenidən açılır.