Texniki nasazlığı olan avtomobil qəzaya səbəb oldu
12.01.2026 [13:20]
Xəbərin mətni
Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil. Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır.