Kamran Əliyev: Bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər
13.01.2026 [13:54]
Xəbərin mətni
Siz özünüzə çətin, eyni zamanda, şərəfli peşə seçmisiniz. Bu məsuliyyəti daşımaq, verilən etimadı qorumaq çox çətindir. Təcrübə və təhlillər göstərir ki, bəzən işə qəbul olunan prokurorluq əməkdaşları bu peşənin məsuliyyətinə, zəhmətinə tab gətirə bilməyiblər. Bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimindən sonra çıxış edərkən deyib.