Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ərazilərdə içməli su problemi həll olunur

13.01.2026 [19:53]

Xəbərin mətni

Prezident İlham Əliyevin sədrliyi ilə su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair keçirilən müşavirədə paytaxtımızın içməli su ilə bağlı bir çox problemlərinə toxunuldu. Əsas diqqət Bakı və Abşeronun dayanıqlı içməli su ilə təmin olunması və su itkisinin qarşısının alınmasına yönəldi. Dövlət başçısı qeyd etdi ki, içməli su problemi ilə bağlı sistemli və effektiv tədbirlərin görülməsinin vaxtı çatıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeronda mövcud olan su problemləri ilə bağlı tədbirlərə artıq başlanılıb.