Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib

14.01.2026 [11:06]

Xəbərin mətni

Hazırda ölkənin bir sıra ərazilərində, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.