Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yola aşan ağac ərazidən kənarlaşdırıldı

14.01.2026 [11:37]

Ötən gün gecə saatlatında güclü külək nəticəsində ağac aşaraq Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə məhdudiyyətlərə səbəb olub. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində ağac yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yol boyu hərəkət bərpa olunub.