Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiberpolis sosial şəbəkələrdə 150-dən artıq profilə müdaxilə edən hakeri saxlayıb

14.01.2026 [13:13]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.