Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu”

14.01.2026 [15:56]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri Qarabağın hər bir guşəsində yeni həyatın başlanğıcına çevrilib. “Böyük Qayıdış” proqramı çərçivəsində müasir standartlara uyğun yenidən qurulan kəndlərimiz artıq öz doğma sakinlərini qəbul etməyə başlayıb. Bu qayıdış prosesi təkcə evlərin bərpası deyil, həm də onilliklər boyu yurd həsrəti çəkən insanların mənəvi bütövlüyünün təmin olunmasıdır. Dövlət tərəfindən yaradılan yüksək şərait keçmiş məcburi köçkünlərin öz ocaqlarında təhlükəsiz və rifah içində yaşamasını ən yüksək səviyyədə təmin edir. Xüsusilə strateji əhəmiyyətli Ağdərə rayonunda aparılan bərpa işləri də bölgənin gələcək inkişafında mühüm rol oynayır.