İşarət dilini bilməyənlərlə eşitmə və nitq məhdudiyyəti olan şəxslər arasında “virtual körpü” yaradılır - REPORTAJ
14.01.2026 [20:05]
Xəbərin mətni
Sözlərin səssiz qaldığı anlarda danışan surdotərcümə xidməti mövcud olan ünsiyyət baryerlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətin bütün sahələrində bərabər şəkildə iştirakını təmin edən həmin xidmət onlara öz hüquqlarını qorumaq, fikirlərini ifadə etmək imkanı yaradır. Azərbaycanda ötən il fəaliyyətə başlayan “Səsiniz olaq” eşitmə və nitq qüsurlu şəxslər üçün onlayn surdotərcümə xidməti həmin təbəqədən olan vətəndaşların cəmiyyətlə ünsiyyətində körpü funksiyasını yerinə yetirir.